EN

İspan məşqçi Azərbaycan klubundan ayrıldı, "Fiorentina"ya keçdi

Kristian Sebalyos "Sabah" futbol komandasının məşqçilər korpusundan ayrılıb.

Azreform.info xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

İspan mütəxəssis ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, karyerasını İtaliyanın "Fiorentina" klubunun əsas komandasında məşqçi kimi davam etdirəcək.

Qeyd edək ki, Sebalyos 2021-2024-cü illərdə "Sabah"da futbolçu kimi çıxış edib. O, bu ilin yayından əsas komandanın məşqçilər korpusunun üzvü idi.

Chosen
17
19
azreform.info

10Sources