EN

Britaniya Yutong elektrik avtobuslarına uzaqdan çıxış imkanlarını araşdırır

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Böyük Britaniya hökuməti Çin istehsalçısı "Yutong" şirkətinin İngiltərə bazarına təqdim etdiyi yüzlərlə elektrik avtobusunun idarəetmə sistemlərinə uzaqdan çıxış imkanını araşdırır.

Avtosfer.az-ın "Financial Times" nəşrinə istinadən məlumatına görə, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

"Nəqliyyat Nazirliyinin rəsmiləri Milli Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlıq edərək dünyanın ən böyük (Çin mənşəli – red.) avtobus istehsalçısı olan "Yutong" şirkətinin proqram təminatının yenilənməsi və diaqnostikası məqsədilə nəqliyyat vasitələrinin idarəetmə sistemlərinə uzaqdan çıxışa malik olub-olmadığını qiymətləndirirlər", - məqalədə bildirilib.

Qeyd olunub ki, şirkət artıq Britaniya bazarına təxminən 700 avtobus təqdim edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
avtosfer.az

2Sources