EN

Boksçumuz İslamiadada qızıl medal qazanıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində boks yarışları davam edir.

Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, Boksçumuz Səidcəmşid Cəfərov (80 kq) finalda Türkiyə təmsilçisi Sultan Osmanlını məğlub edərək qızıl medal qazandı.

Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

Chosen
39
50
apa.az

10Sources