EN

Türkiyədə cinayət işi açılan futbolçular arasında millimizin üzvü də var

Türkiyə Futbol Federasiyası (TFF) davam edən araşdırma çərçivəsində mərc oyunlarında iştirakına görə 1024 futbolçunun adını rəsmi olaraq açıqlayıb. Onların arasında Azərbaycan millisinin futbolçusu Mert Çelik də mərc oyunlarında iştirak etməkdə ittiham olunur.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, hazırda Türkiyənin “Sivasspor” klubunda oynayan futbolçunun adı Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərdiyi siyahıda yer alıb.

Mert Çelik barəsində cinayət işi açılıb və istintaq başa çatanadək o, futboldan kənarlaşdırılıb.

Qeyd edək ki, Çelik Azərbaycan millisinin heyətində yalnız bir oyun keçirib. O, bu il Belarusla (0:2) keçirilən yoxlama matçında iştirak edib. Futbolçu daha əvvəl Azərbaycanın U-21 yığmasında, eləcə də “Neftçi” və “Səbail” klublarında da çıxış edib.

Chosen
29
8
nocomment.az

9Sources