ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Bu ilin ilk doqquz ayı ərzində dünyada ən populyar yeni krossover elektrikli "Tesla Model Y"ni inamla geridə qoyan "Toyota RAV4" olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Focus2Move" məlumat yayıb.
"Toyota RAV4"ün satışları 1,5% artıb ki, bu da ona bazar payını 2,5% səviyyəsində möhkəmləndirməyə imkan verib.
Mütəxəssislərin fikrincə, "Toyota RAV4"ün populyarlığının sirri onun etibarlılığında, praktikliyində və çox yönlülüyündədir. Bu avtomobil yanacaq sərfiyyatında qənaətcildir və yanacaqdoldurma məntəqəsinə daimi səfərlər tələb etmir.
İkinci yerdə olan "Tesla Model Y"in satışları 11,2% azalıb. İlk üçlüyü 1,8% bazar payı ilə Yaponiya krossoveri "Honda CR-V" tamamlayır. Ardınca "Hyundai Tucson" və "Kia Sportage" gəlir.
Ən populyar 10 krossover:
1. Toyota RAV4 (+1,5%);
2. Tesla Model Y (-11,2%);
3. Honda CR-V (+0,5%);
4. Hyundai Tucson (+3,4%);
5. Kia Sportage (+0,8%);
6. Volkswagen Tiguan (+4,9%);
7. BYD Song (-19,5%);
8. Honda HR-V (+0,3%);
9. Mazda CX-5 (+11,9%);
10. Chevrolet Equinox (+43,3%).
Aydın
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.