Türk aktyor Yalçın Dümer illər əvvəlki nikahı ilə bağlı açıqlama verib.
Aktyor bildirib ki, 1998-ci ildə evləndiyi zaman İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olan Rəcəb Tayyib Ərdoğan ona "Bu evlilik 6 ay sonra bitəcək" deyib. Dümer qeyd edib ki, həqiqətən də nikahı 6 ay sonra sona çatıb.
"Yalvar-yaxarla o vaxtkı İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı Rəcəb Tayyib Ərdoğan nikahımıza gəlmişdi. Nikahdan sonra məni yola salarkən Ərdoğan dedi ki, bu evlilik altı aydan sonra bitəcək", - deyən Dümer bildirib ki, Prezident Ərdoğanın proqnozu doğru çıxıb.\\Milli.Az