EN

09:05 də Türkiyə... FOTOLAR

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Türkiyə Cümhuriyyətinin qurucusu və ilk prezidenti Qazi Mustafa Kamal Atatürk vəfatının 87-ci ildönümündə bütün ölkə üzrə hörmətlə anılıb.

"Unikal" xəbər verir ki, hər il olduğu kimi bu il də 10 noyabr tarixində Türkiyənin bütün bölgələrində vətəndaşlar saat 09:05-də bir dəqiqəlik sükutla Atatürkü yad ediblər.

 Xüsusilə Edirnedə çəkilən bir foto, o anın simvoluna çevrilərək sosial mediada geniş paylaşım qazanıb.

Qeyd edək ki, Mustafa Kamal Atatürk 1923-cü ildə Türkiyə Cümhuriyyətini elan edərək ölkənin ilk prezidenti olub. Onun rəhbərliyi dövründə Türkiyədə laiklik, təhsil islahatları, qadın hüquqları, sənayeləşmə və latın qrafikalı əlifbaya keçid kimi bir çox fundamental dəyişikliklər həyata keçirilib.

Atatürk 15 il - 1923-dən 1938-ci ilə qədər prezident vəzifəsini icra edib və bu müddət ərzində Türkiyəni müasir, dünyəvi dövlətə çevirmək üçün bir çox islahatlar aparıb. Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci ildə, İstanbulda Dolmabahçe Sarayında uzun sürən xəstəlikdən sonra səhər saat 09:05-də vəfat edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
32
unikal.az

1Sources