Neftçala şəhərində yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Day.Az-a verilən məlumata görə, Neftçala şəhərində bazar ərazisində metal və taxta konstruksiyalardan ibarət ümumi sahəsi 300 m² olan, bir dam altında tikilən obyektlərdən 3 ədəd tərəvəz satışı mağazasının yanar konstruksiyaları 100 m² sahədə yanıb.
Digər mağazalar və bazar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.