EN

Bu bina hər an yana bilər - VİDEO

Bakıda 12 ailənin yaşadığı ikimərtəbəli binada hər an qəza, yanğın baş verə bilər.

"Cebheinfo.az"ın məlumatına görə, paytaxtın Xətai rayonu, NZS qəsəbəsi, Yavər Səfərəliyev küçəsində yerləşən qəzalı binanın sakinləri bildiriblər ki, 100-dən çox yaşı olan tikilidə problemlər saymaqla bitmir.

Üstəlik, binanın taxta və qamış kimi yanar konstruksiyadan ibarət olması sakinləri qorxuya salıb. Şikayətçilər deyirlər ki, bu binaya bir kibrit bəs edər ki, tamamilə yararsız vəziyyətə düşsün.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, binadakı vəziyyətdən xəbərdardırlar. Binanın qəzalı olması ilə bağlı məlumatlar aidiyyəti üzrə yöndəldirilib. Proses mərhələli şəkildə icra olunur.

Daha ətraflı “Xəzər” TV-nin videomaterialında:

"Cebheinfo.az"

 

 

Chosen
10
7
cebheinfo.az

8Sources