EN

Halandın “Real”a keçmək istəyindən ciddi şəkildə narahatdır

“Mançester Siti”nin hücumçusu Erlinq Haland yaxın zamanda klubunu dəyişə bilər.

Sportinfo.az “Defensa Central”-a istinadən xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola norveçli futbolçunun “Real”a keçmək istəyindən ciddi şəkildə narahatdır.

Deyilənə görə, Qvardiola rəhbərliklə də fikir ayrılığı yaşayıb. Məsələ Halandın yeni müqaviləsinə buraxılış məbləği (azad agentə çevrilmə maddəsi) əlavə olunması qərarından sonra daha da gərginləşib.

25 yaşlı forvard “Mançester Siti”yə 2022-ci ildə transfer olunub. Onun klubu ilə müqaviləsinin müddəti 2034-cü ilə qədərdir.

O, cari mövsümdə bütün turnirlərdə 15 oyuna çıxıb, 19 qol vurub və 1 məhsuldar ötürmə verib.

Chosen
59
sportinfo.az

1Sources