EN

Tramp açıqladı: Hindistan Rusiya neftini kəsdi – ABŞ rüsumlarını endirəcək!

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib ki, Hindistanın Rusiya neftinin idxalını azaltdığı üçün ABŞ tərəfindən tətbiq olunan gömrük rüsumları yaxın gələcəkdə endirilə bilər.

Musavat.com xəbər verir ki, Tramp qeyd edib: “Onlar idxalı azaltdılar, buna görə də müəyyən vaxtdan sonra biz rüsumları azaldacağıq”.

Prezidentin sözlərinə görə, hazırda Hindistana tətbiq olunan rüsumlar Rusiya neftinə görə çox yüksək səviyyədədir, lakin idxalın azalması bu siyasətin yumşaldılmasına səbəb olacaq.

Hadisə ABŞ-Hindistan ticarət münasibətlərində neft sektoru və gömrük siyasətinin rolunu yenidən gündəmə gətirib.

 

Musavat.com

Chosen
56
musavat.com

1Sources