EN

Tayland Kamboca ilə sülh sazişinin icrasını dayandırdı

BAKI, 11 noyabr. TELEQRAF

Tayland hökuməti ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanmış Kamboca ilə sülh sazişinin icrasını dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı "Bloomberg" yayıb.

Nəşrin məlumatına görə, qərar iki taylandlı əsgərin sərhəddə mina partlayışı nəticəsində həlak olmasından sonra qəbul edilib. Baş nazir Anutxin Çanvirakun dərhal sülh bəyannaməsinin qüvvəsinin dayandırılması barədə göstəriş verib.

“Ölkə həmçinin 21 noyabrda azad olunmalı olan 18 kambocalı hərbçinin sərbəst buraxılmasını dayandıracaq,” - deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, Tayland və Kamboca arasında sərhəd münaqişəsini tənzimləmək məqsədilə sülh bəyannaməsi 26 oktyabrda imzalanmışdı.

Chosen
65
teleqraf.com

1Sources