EN

Tramp: Ərdoğan çox güclü ordusu olan böyük liderdir

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı böyük lider kimi xarakterizə edib.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Donald Tramp Ərdoğanı çox güclü ordusu olan lider kimi xarakterizə edib. ABŞ lideri Suriyadakı vəziyyətlə bağlı şərh verərək, Türkiyənin vacib roluna diqqət çəkib: "Prezident Ərdoğan böyük liderdir və Suriyadakı hadisələrə əhəmiyyətli dərəcədə təsir göstərir".

Ağ Ev rəhbəri rəsmi Ankaranın Suriyada baş verən proseslərdəki mühüm rolunu vurğulayıb. ABŞ lideri deyib ki, Vaşinqton prosesi dəstəkləyir.

Tramp Hindistandan da danışıb: "Hindistan dünyanın ən qədim sivilizasiyalarından birinə ev sahibliyi edir, hətta dünyanın ən böyük ölkəsidir. Əhalisi 1,5 milyardı keçib. Məni hələ bəyənmirlər, amma bəyənəcəklər. Hindistana tətbiq etdiyimiz tarifləri endirəcəyik".

ABŞ lideri vurğulayıb ki, o, Prezident olmazdan əvvəl dünya ölkələri Birləşmiş Ştatları soyurdu: "Mən səkkiz müharibəyə son qoymuşam, tezliklə doqquzuncunu da bitirəcəyik".

Chosen
96
3
musavat.com

4Sources