EN

İsrail ilə İran arasında yeni müharibə labüddür

Musavat.com xəbər verir ki, “The New York Times” nəşri İranla İsrail arasında gərginliyin təhlükəli həddə çatdığını yazıb. Məlumata görə, Tehrana qarşı sərt sanksiyalar yenidən bərpa edilsə də, İranın nüvə proqramı ilə bağlı danışıqlar tam dalana dirənib.

Qəzet qeyd edir ki, yüksək dərəcədə zənginləşdirilmiş uranın taleyi də qaranlıq olaraq qalır: Tehran nümunələrin “dağıntılar altında qaldığını” iddia edir, İsrail rəsmiləri isə onların təhlükəsiz zonalara çıxarıldığını düşünür. Bundan başqa, İranın yeni zənginləşdirmə obyektinin üzərində işlədiyi ehtimal olunur.

Nəşrin yazdığına görə, hazırkı vəziyyət regionda çox təhlükəli bir qeyri-müəyyənlik dövrü yaradıb — nə diplomatik danışıqlar aparılır, nə də beynəlxalq nəzarət mexanizmləri fəaliyyət göstərir. Körfəz ölkələrinin analitikləri hesab edirlər ki, bu fon yeni İsrail hücumunu demək olar ki, qaçılmaz edir. Çünki İsrail rəhbərliyi illərdir İranın nüvə proqramını “ekzistensial təhlükə” kimi qiymətləndirir.

MTRK-nın İran layihəsinin direktoru Əli Vaiz “The New York Times”-a bildirib ki, Tehranın yüksək vəzifəli rəsmiləri bu dəfə İsrailin mümkün hücumuna “çox daha sərt” cavab veriləcəyini bəyan ediblər. Onların sözlərinə görə, İran eyni anda 2000 raket buraxmağa hazırdır. Mənbələr əlavə edir ki, ölkədəki raket zavodları sutkada 24 saat fasiləsiz fəaliyyət göstərir. 

 

Musavat.com

Chosen
47
musavat.com

1Sources