EN

Əl-Şaraa və Tramp iki ölkə arasında münasibətlərin gücləndirilməsini müzakirə ediblər - YENİLƏNİB

Suriya prezidenti Əhməd əl-Şara və ABŞ prezidenti Donald Tramp iki ölkə arasında münasibətlərin gücləndirilməsini müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə Suriya dövlət xəbər agentliyi SANA məlumat yayıb.

"Bu gün keçirilən danışıqlar zamanı tərəflər Suriya ilə ABŞ arasında ikitərəfli münasibətlərin gücləndirilməsi, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə ediblər. Bundan əlavə, qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələlər müzakirə edilib", - məlumatda deyilir.

***

21:08

Suriya prezidenti Əhməd əl-Şaraa hazırda Ağ Evdə ABŞ prezidenti Donald Trampla danışıqlar aparır.

APA xəbər verir ki, bu barədə Qətərin “əl-Cəzira” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, bu, Suriyanın 1946-cı ildə müstəqillik qazanmasından bəri Suriya prezidentinin Vaşinqtona ilk rəsmi səfəridir.

Ağ Ev rəsmisi də “Reuters”ə Əş-Şaraa və Tramp arasında görüşün başladığını təsdiqləyib.

Chosen
41
apa.az

1Sources