Amerikalı tennisçi Sebastyan Korda 28 yaşlı İvana Nedvedə evlilik təklifi edib.
İdman.Biz bildirir ki, İvana ən uğurlu çex futbolçularından biri olan Pavel Nedvedin qızıdır.
Sebastyan və İvana 2021-ci ildən bəri görüşürlər.

Korda sosial şəbəkədə İvana ilə birlikdə şəkillərini paylaşaraq “Əbədi olaraq və ondan da çox sevgi”, sözlərini yazıb.
