EN

Britaniyada son hərbi helikopter zavodu bağlana bilər

BAKI, 11 noyabr. TELEQRAF

Böyük Britaniyada hərbi helikopter istehsalı üzrə fəaliyyət göstərən son zavodun bağlanma təhlükəsi yaranıb.

Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Məlumata görə, zavodun yerləşdiyi Yovil şəhərindəki müəssisə İtaliyanın “Leonardo” hərbi-sənaye konserninə məxsusdur.

Şirkətin baş direktoru Roberto Çinqolani bildirib ki, müəssisənin gələcəyi Böyük Britaniya hökumətindən yeni sifarişlərin olmaması səbəbindən sual altındadır.

“Biz Yovili sonsuzadək subsidiyalaşdıra bilmərik. Artıq 14 ildir ki, Böyük Britaniya hökumətindən heç bir sifariş almırıq,” - deyə Çinqolani vurğulayıb.

Hazırda zavodda təxminən 3,3 min nəfər çalışır. Onun bağlanması həm şəhərə, həm də regionun iqtisadiyyatına ciddi zərbə vuracaq. Bundan əlavə, müəssisə ilə əməkdaşlıq edən bir neçə min işçinin də təsirlənəcəyi bildirilir.

Bağlanma qərarının Böyük Britaniya Müdafiə Nazirliyinin 1 milyard funt sterlinq dəyərində yeni helikopterlərin alınmasından imtinası halında veriləcəyi qeyd olunur. Söhbət artıq onilliklərdir Krallıq Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunan “Puma” tipli nəqliyyat helikopterlərinin əvəzlənməsindən gedir.

Chosen
67
teleqraf.com

1Sources