EN

Litva İsrail matçı bağlı qapılar arxasında keçiriləcək

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Litva və İsrail arasında keçiriləcək yoldaşlıq oyununa azarkeşlər buraxılmayacaq. Sport24.az xəbər verir ki, bu barədə Litva Futbol Federasiyasının prezidenti Edqaras Stankeviyaviçyus açıqlama verib:

"Bizə və azarkeşlərimizə milllinin hər ev oyunu idman bayramıdır. Bu qərar bizim üçün asan olmadı. Polis və digər ictimai təhlükəsizlik qurumları ilə geniş məsləhətləşmələr apardıq.

Və bizə oyun günü müxtəlif etirazların planlaşdırıldığı barədə məlumat verildi. Bu etirazların futbol meydanına sirayət etməsini istəmirik".

Qeyd edək ki, Litva və İsrail arasında oyun noyabrın 13-də Kaunasda keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
42
sport24.az

1Sources