EN

Yamaykaya yardım aparan təyyarə qəza etdi - Ölənlər var

BAKI, 11 noyabr. TELEQRAF

ABŞ-nin Florida ştatında Yamaykaya humanitar yardım aparan təyyarə yaşayış evinin həyətinə düşüb.

Teleqraf "The Mirror"a istinadən xəbər verir ki,hadisənin görüntüləri müşahidə kamerasına düşüb.

Hadisə zamanı təyyarədə 7–9 nəfərin olduğu, onlardan iki nəfərinin öldüyü bildirilir.

"Beechcraft King Air" tipli yüngülmühərrikli təyyarə Koral-Springs şəhərində qəzaya uğrayıb. Kadrlarda təyyarənin evin damına toxunmadan əvvəl ağaclara və hasara çırpıldığı, daha sonra gölə düşdüyü görünür. Qəza nəticəsində göl və ətraf ərazilərdə uçuş aparatının qalıqları aşkar edilib.

Qəzaya uğrayan təyyarənin Fort-Loderdeyl hava limanından havaya qalxdığı və “Melisa” qasırğasından ciddi zərər çəkmiş Yamaykaya yardım daşıdığı qeyd olunur.

Chosen
28
teleqraf.com

1Sources