Suriya ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya iləİŞİD-ə qarşı mübarizədə əməkdaşlıq etməyə razılıq verib.
APA xəbər verir ki, bu barədə Suriyanın keçid hökumətinin informasiya naziri Həmzə Mustafa məlumat verib.
"Suriya İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiya ilə siyasi əməkdaşlıq bəyannaməsi imzalayıb və terrorizmə qarşı mübarizədə və regional sabitliyin qorunmasında tərəfdaş kimi rolunu bir daha təsdiqləyib", - o “X” hesabında yazıb.