BAKI, 11 noyabr. TELEQRAF
ABŞ Senatı ölkənin dövlət büdcəsi haqqında qanun layihəsini rəsmi şəkildə təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə "C-SPAN" telekanalı məlumat yayıb.
Qanun layihəsini 60 senator dəstəkləyib, 40 nəfər isə əleyhinə səs verib.
Sənədin qəbulunun ABŞ tarixində ən uzunmüddətli hökumət bağlanmasına (şatdauna) son qoyacağı bildirilir.