Hazırkı Suriya rəhbərliyi sabiq Suriya lideri Bəşər Əsədi məsuliyyətə cəlb etməyin zəruri olduğunu düşünür.
APA xəbər verir ki, bunu Suriya prezidenti Əhməd əl-Şaraa “Fox News”a müsahibəsində bildirib.
"Ədalət qələbə çalmalıdır. Biz Bəşər Əsəd də daxil olmaqla, hər kəsi hərəkətlərinə görə məsuliyyətə cəlb etmək üçün ədalət komissiyası yaratmışıq", - o deyib.