Suriya hakimiyyəti hazırda Dəməşqin İsrail ilə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan İbrahim Sazişlərinə qoşulması barədə danışıqlar aparmaq niyyətində deyil.
Musavat.com xəbər verir ki, bunu Ərəb Respublikasının prezidenti Əhməd əl-Şaraa Fox News-a verdiyi müsahibədə deyib: "Suriyadakı vəziyyət İbrahim Sazişlərinə qoşulan ölkələrdəki vəziyyətdən fərqlidir. Suriya 1967-ci ildən bəri Qolan Təpələrini işğal edən İsraillə həmsərhəddir. Hazırda birbaşa danışıqlar aparmaq niyyətində deyilik".
Lakin əl-Şaraa ABŞ prezidenti Donald Tramp və onun administrasiyasının vasitəçiliyi ilə gələcəkdə belə təmasların baş tuta biləcəyini etiraf edib.
Musavat.com