EN

Göyçayda işıq dirəyi təhlükə saçır: Sakinlərin şikayətinə RƏSMİ REAKSİYA

Niderlandlı avtomobil sahibləri BMW konsernini məhkəməyə verəcəklər.

Avtosfer.az bu barədə Niderland İstehlakçılar Assosiasiyasının saytına istinadən xəbər verir.

Məhkəmədə iddianın qaldırılmasına səbəb kimi konsernin proqram təminatı göstərilir. Avtomobil sahiblərinin fikrincə, şirkət onun vasitəsilə avtomobillərinin ekoloji cəhətdən təmiz olduğuna dair dezinformasiya yayıb.

"Avtomobil istehsalçısı dizellə işləyən avtomobillərin ekoloji cəhətdən təmiz olduğuna dair təsəvvür yaradaraq istehlakçıları yanıldıb", - deyə məlumatda qeyd edilib.

Avtomobilçilərin maraqlarını qoruyan fond çoxsaylı araşdırma apararaq müəyyən edib ki, BMW konsernin avtomobillərindən istifadə edənlərə yalan danışıb.

Belə ki, konsernin dizel mühərriklərinin proqram təminatı testlər zamanı azot emissiyaları üzrə aşağı salınmış nəticələr göstərib və bu, daha sonra BMW avtomobillərinin ekoloji cəhətdən təmizliyinin göstəricisi kimi sürücülərə təqdim edilib.

Chosen
52
avtosfer.az

1Sources