EN

Hind kino əfsanəsi Dharmendra dünyasını dəyişdi

Hindistan kinosunun əfsanə aktyorlarından Dharmendra ötən gecə vəfat edib.

News365.az xəbər verir ki, bu barədə Hindistan KİV məlumat yayıb.

10 noyabr səhər saatlarında 89 yaşlı aktyorunun tənəffüs yollarında ağırlaşmanın yaranması şikayəti ilə Mumbayda xəstəxanaya yerləşdirildiyi bildirilib. Bundan sonra onun ölüm xəbəri yayılsa da, aktrisa olan qızı İşa Deol iddiaları təkzib etdi və medianı yalan xəbər yaymaqda günahlandırdı.

Lakin axşam saatlarında Dharmendranın elə müalicə aldığı xətəxana keçindiyi məlum olub. Həkimlərin sözlərinə görə onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Dharmendra Azərbaycanda da sevilən “Bollivud” aktyorlarından olub. O, “Qisas və qanun”, “Daş və Çiçək”, “Daharam Ver”, “Sevimli Raca” və s. filmləri ilə ölkəmizdə tanınır.

  

Chosen
27
news365.az

1Sources