“Şamaxı” milli komandaların oyunlarına görə çempionatda yaranan fasilə zamanı yoxlama oyunu keçirəcək.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ayxan Abbasovun komandası 1-i liqa təmsilçisi “Şimal”la qarşılaşacaq.
Qarşılaşma noyabrın 15-də Şamaxı şəhər stadionunda keçiriləcək və saat 14:00-da başlayacaq.