EN

“İkinci Ay” haqqında yeni İDDİA ortaya çıxdı

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Harvard Universitetinin tanınmış alimi, astronom Avi Loeb, Yerə yaxın orbitdə müşahidə edilən və “İkinci Ay” adlandırılan “2025 PN7” adlı kiçik göy cisminin, 1960-cı illərdə həyata keçirilmiş Sovet kosmik missiyasının qalıqları ola biləcəyini irəli sürüb.Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Loeb-in sözlərinə görə, həmin obyekt 1964-cü ildə Sovet İttifaqı tərəfindən buraxılan Zond 1 kosmik zonduna məxsus ola bilər.O dövrdə baş verən texniki nasazlıq səbəbindən aparatla əlaqə vaxtından əvvəl kəsilmişdi. Lakin Loeb və “Initiative for Interstellar Studies” təşkilatından mühəndis Adam Hibberd hesab edirlər ki, Zond 1 missiyası Günəş ətrafında uzun illər itdikdən sonra yenidən aşkar edilə bilər.Tədqiqatçılar iddianın dəqiqləşdirilməsi üçün 2025 PN7 obyektinin səth tərkibini müəyyənləşdirəcək spektrometrik ölçümlərin aparılmasını təklif edirlər. Bu, cismin təbii mənşəli, yəni meteorit olub-olmadığını və ya insan tərəfindən yaradılmış bir kosmik aparat olduğunu ortaya çıxara bilər.Beləliklə, alimlər “İkinci Ay” adlandırılan bu sirli cismin insan fəaliyyəti nəticəsində yaranıb-yaranmadığını aydınlaşdırmaq üçün yeni müşahidələrə hazırlaşırlar.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
46
2
bizim.media

3Sources