EN

İsrailin İranla növbəti müharibəsi qaçılmazdır PROQNOZ

Ayna saytına istinadən ain.az xəbər verir.

Ekspertlər: İran zənginləşdirilmiş uran ehtiyatlarını qoruyub saxlayıb və raket imkanlarını genişləndirir

İran zənginləşdirilmiş uran ehtiyatlarını qoruyub saxlayıb və raket imkanlarını genişləndirir. Bu da İslam Respublikasına qarşı İsrailin yeni müharibəsini qaçılmaz edir. AYNA.AZ xəbər verir ki, bu, “NYTimes”a müsahibə verən ekspertlərin və regional fiqurların fikridir.

Onlar İrana qarşı 12 günlük müharibənin nəticələrinin Tramp və Netanyahunun müharibədən sonra təqdim etdiklərindən daha təvazökar olduğu qənaətinə gəliblər.

Bildirilib ki, nüvə proqramına dəyən ziyan İsrail və ABŞ-ın müharibədən dərhal sonra iddia etdiyindən daha az olub və hər iki ölkə yeni qarşıdurma mərhələsinə hazırlaşır.

Oktyabrın sonlarında CNN İranın Çindən bərk raket yanacağı elementlərinin böyük miqdarda alışı barədə məlumat yayıb.

“NYTimes” yazır: "İranın 11 atom bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uran ehtiyatı ya İranın iddia etdiyi kimi dağıntılar altında basdırılıb, ya da İsrail rəsmilərinin inandığı kimi təhlükəsiz yerə daşınıb".

Nüvə sazişinin müddəti bu yaxınlarda başa çatıb, lakin İran liderləri müntəzəm olaraq uran zənginləşdirməsindən imtina etmək niyyətində olmadıqlarını bəyan edirlər. Tehran BAEA müfəttişlərini nüvə obyektlərinə buraxmır.

İran da gələcək müharibəyə intensiv hazırlaşır. Beynəlxalq Böhran Qrupunun İran üzrə eksperti Əli Vaez iddia edir ki, SEPAH və İran ordusu raket qüvvələrini iyun müharibəsi zamanı İsrailə 500 raket əvəzinə eyni vaxtda 2000 raket ata biləcəkləri nöqtəyə qədər inkişaf etdirmək istəyirlər. Vaez bildirir ki, "İsrail işin yarımçıq qaldığını hiss edir və yeni müharibə mərhələsini təxirə salmaq üçün heç bir səbəb görmür”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
37
ayna.az

1Sources