BAKI, 11 noyabr. TELEQRAF
Belçikada ABŞ Prezidenti Donald Trampın şərəfinə TRUMP adlı ifrat sağçı fransızdilli partiya yaradılıb.
Teleqraf xəbər verir ki, bu barədə "BRUZZ" məlumat yayıb.
Bildirilir ki, partiyanın ideologiyası Amerika liderinin fikirlərinə əsaslanır.
Partiyanın əsasını Belçika Milli Cəbhəsinin (BF) keçmiş lideri Salvatore Nikotra qoyub. Onun sözlərinə görə, TRUMP adı "Tous Réunis pour l'Union des Mouvements Populistes" (Hamısı Populist Hərəkatlar İttifaqı üçün Birlik) deməkdir. Siyasətçi partiyanın brendini birbaşa Trampın imici ilə əlaqələndirir.
"Donald Tramp populizmin əsas simvoludur. O, bizim uğrunda mübarizə apardığımızı birbaşa təcəssüm etdirir", - Nikotra bəyan edib.
Partiya özünü "sosial yönümlü" sağçı populist partiya kimi təqdim edir və 2029-cu ildə federal seçkilərdə və Avropa Parlamenti seçkilərində iştirak etməyi planlaşdırır. Ölkənin ən böyük ifrat sağçı qüvvəsi Vlaams Belanqdan fərqli olaraq, TRUMP Belçikanın bölünməsini dəstəkləmir.
1994-2000-ci illərdə Brüsselin Saint-Gilles rayonunda şəhər şurasının üzvü vəzifəsində çalışmış Nikotra nə paytaxtda, nə də yerli səviyyədə namizədliyini irəli sürəcəyini istisna etməyib.
Həmtəsisçilər arasında Milli Partiyanın bir neçə keçmiş üzvü, o cümlədən əvvəllər faşizmi təriflədiyi üçün Vlames Belanq siyahısından çıxarılan Emanuele Licari də var.
Partiyanın rəsmi açılışı noyabrın 30-na planlaşdırılıb.