EN

“Expressbank”ın depozit portfeli 34,5 milyon manatdan çox böyüyüb

Bu ilin III rübünə “Expressbank”ın depozitləri (ümumi) 296 milyon 610 min manat təşkil edib.

Bu, ötən ilin sonu  ilə müqayisədə 34 milyon 519 min manat və ya təqribən 13,2% artım deməkdir.

Depozitlərin (ümumi) əsas hissəsini – 254 milyon 494 min manatını fiziki şəxslərin depozitləri təşkil edib. Bu göstərici ötən ilin sonu ilə müqayisədə 52 milyon 175 min manat və ya təxminən 25,8% artıb.

Hesabat dövründə depozit portfeli daxilində ən böyük artım fiziki şəxslərin depozitləri üzrə qeydə alınıb.

Hüquqi şəxslərin depozitləri isə 42 milyon 116 min manata bərabər olub.

Xatırladaq ki, ötən ilin sonuna “Expressbank”ın cəmi depozitləri  262 milyon 91 min manat olmuşdu.

Chosen
19
fed.az

1Sources