EN

Bakıdan səsləndirilən bu cümlə İrəvanı qarışdırdı: Sərkisyan və Köçəryan təşvişdə

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyev noyabrın 8-də keçirilən Zəfər Paradında Ermənistanın keçmiş prezidentləri Serj Sərkisyan və Robert Köçəryanın illərlə davam edən revanşist siyasətinə diqqət çəkib. Dövlət başçısı çıxışında vurğulayıb ki, Ermənistan rəhbərlərinin “tanklarımız Bakı küçələrində olacaq” və “Bakıda çay içəcəyik” kimi əsassız iddiaları təkcə ritorika deyil, onların ölkəmizə qarşı apardıqları uzunmüddətli təzyiq siyasətinin simvoludur.

Prezidentin bu mesajı Azərbaycan ordusunun qəhrəmanlığı ilə birgə, milli iradənin və ərazi bütövlüyünün qorunmasında dövlətimizin prinsipial mövqeyini açıq şəkildə nümayiş etdirir.

Maraqlıdır, hazırkı Ermənistan hökuməti Azərbaycanla sülh prosesi çərçivəsində ölkəmizə qarşı revanşist çıxışlar edən, normallaşma prosesini pozmağa çalışan bu şəxsləri Bakıya təslim edə bilərmi?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Cənab Prezident paraddakı çıxışında Sərkisyan-Köçəryan klanını ifşa etdi:

“Onların işğal siyasətinin fiaskoya uğradığını vurğuladı. Ermənistanın işğal siyasəti uzun illər Rusiyanın himayəsi altında formalaşmışdı. Təssüf ki, Robert  Köçəryan və Serj Sərkisyan hələ də Moskvaya boylanırlar. Bakıda istintaq təcridxanasında olan keçmiş qondarma rejimin “prezidenti” Arayik Arutyunyan da ‘tanklar Bakı küçələrində olacaq, Bakıda çay içəcəyik’ deyə hədələr səsləndirirdi. Onlar hesab edirdilər ki, 90-cı illərin ssenarisi təkrarlacaq. Amma bu gün onların tankları Zəfər Parkında hərbi qənimət kimi nümayiş olunur, özləri isə istintaq təcridxanasında çay içirlər. Arzuları reallaşmadı. Bu gün Azərbaycan qalibdir və gələcəkdə də belə olacaq.

Məhəmməd Əsədullazadə

Proseslər göstərir ki, Ermənistan rəhbərliyi reallıqları qəbul edir və müharibənin onların dövlətini təhlükə altında qoyduğunu anlayır. Zəfər Paradında Azərbaycan, Türkiyə və Pakistan liderləri müttəfiqlik mövqeyini ortaya qoydular və bundan istənilən dövlət nəticə çıxarmalıdır. Köçəryan və Sərkisyanın Azərbaycana təhvil verilməsi məsələsinə gəldikdə isə, Ermənistanın Baş naziri Nikol Paşinyanın hazırda belə bir addım atmayacağı bildirilir. Ümumiyyətlə, bu, yalnız yekun sülh müqaviləsi imzalandıqdan sonra, ikitərəfli hüquqi razılaşma çərçivəsində mümkündür”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
globalinfo.az

1Sources