EN

Ermənistana gətirilən buğda yem üçündür, şikayət etməyin - Xaçatryan

Qazaxıstandan Ermənistana idxal edilən buğda əsasən yem istehsalı üçün istifadə yararlıdır.

Ölkə.az  xəbər verir ki, bunu “Ermənistan” blokunun deputatı Artur Xaçatryan sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Qazaxıstandan Ermənistana idxal edilən buğda 4-cü dərəcəlidir. "Bu, ilk növbədə heyvan yemi üçün istifadə olunur. Odur ki, sabah çörəyiniz dadlı olmasa, o zaman çox şikayətlənməyin. Yüksək keyfiyyətli buğda bahadır, nəqliyyat xərclərini də əlavə etsəniz, onda çörəyin qiyməti indikində çox baha olar", - o qeyd edib.

Mürtəza

Chosen
106
1
olke.az

2Sources