EN

Bakı-Qazax yolunda pambıqla dolu maşın aşdı - Fotolar

Ucarda yük maşını aşıb.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində baş verib. Yevlax rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Hüseynovun idarə etdiyi pambıqla yüklənmiş "KamAZ" markalı yük maşını idarəetmədən çıxaraq yolun hərəkət hissəsinə aşıb.

Nəticədə yolun bir hissəsi qismən bağlanıb. Avtomobillərin sərbəst hərəkətində çətinlik yaranıb. Sürücünün dediyinə görə, hadisəyə maşındakı nasazlıq səbəb olub.


Telegram kanalımız
Chosen
28
21
yenisabah.az

10Sources