EN

İnsanlar buna görə dönərdən zəhərlənir – Ekspertdən açıqlama 

Xəbər verdiyimiz kimi, Şəmkir rayonunda dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənmə əlamətləri olan dörd nəfər xəstəxanaya yerləşdirilib. 

Mövzuyla bağlı Adalet.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, nə qədərki ölkədə effektli istehlakçı siyasəti formalaşmayıb bu cür zəhərlənmə halları davam edəcək:

“İstehlakçıların hüquqlarını müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul olunub. Ondan sonra olan dəyişikliklər isə ancaq istehlakçının zərərinə olub. Ümumilikdə dövlət biznes qurumları üçün bir toxunulmazlıq şəraiti yaradıb. Biznes qurumları isə bundan sui-istifadə edirlər. Döndərlərdə zəhərlənmə təkcə ətlərdən deyil, orda olan mayonezlərdən, bu gündən sabaha saxlanılan dönərlərdən baş verə bilər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi elə bir iş aparmalıdır ki, istehlakçı dönər seçimində səhvə yol verməsin. Heç kim sübut edə bilməz ki, orda bişən dönər divardan asılan sənədə uyğundur yoxsa yox. Yəni qanuni dönər istehsal edən müəssisədən sənəd alıb divara asırlar və ondan sonra istədiklərini edirlər. Nə qədər ki, bu işlər həll olunmayıb AQTA-nin effektli nəzarət və yoxlama sistemi yoxdur bu işlər davam edəcəkdir”. 

Vasif ƏLİHÜSEYN

Chosen
22
1
adalet.az

2Sources