EN

Rusiyadan Britaniyaya ittiham – “Qırıcı təyyarəmizi qaçırmağa cəhd olunub”

Rusiya Federal Təhlükəsizlik Xidməti "Kinjal" raketi ilə silahlanmış MiQ-31 təyyarəsinin qaçırılmasının qarşısını aldığını iddia edir.

Rusiya kəşfiyyat xidmətinin məlumatına görə, əməliyyat "Britaniyalı idarəedicilərin" iştirakı ilə planlaşdırılıb. Ukrayna kəşfiyyatının planlaşdırdığı bu təxribatda təyyarənin Rumıniyanın Konstansa şəhərindəki aviabazaya uçması nəzərdə tutulurdu və orada hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilə bilərdi.

Bildirilir ki, rusiyalı pilotlara qırıcı təyyarəni Ukrayna ərazisinə aparmaq üçün 3 milyon dollar təklif edilib. Dərc olunmuş videoda pilotlardan biri vəsaitin onun şəxsi bank kartına köçürüləcəyinə söz verildiyini deyir.

FTX materiallarında beynəlxalq araşdırmaçı jurnalist qrupu Bellingcat-dan bəhs olunur. Kəşfiyyat xidmətinin məlumatına görə, rusiyalı pilotla bu təşkilatın əməkdaşı olduğunu iddia edən Sergey Luqovski adlı bir kişi əlaqə saxlayıb.

FTX tərəfindən təqdim edilən yazışmalardan birində səs yazısı belədir: "Britaniyalı tərəfdaşlarımız təhlükəsizliyinizi təmin edəcəklər. Bəli, tərəfdaşlarımız təmin edəcəklər”.

FTX iddia edir ki, pul mükafatından əlavə, rus hərbçisinə Qərb ölkəsində vətəndaşlıq da təklif edilib.

Musavat.com

Chosen
27
4
musavat.com

6Sources