EN

Nazirlikdən xəbərdarlıq: TƏHLÜKƏLİDİR

Son dövrlər elektron siqaret istifadə edənlərin sayı xeyli artıb. 

Bir çoxları bu vasitəni adi siqaretə nisbətən daha zərərsiz hesab etsələr də, elektron siqaret də insan orqanizminə mənfi təsir göstərir.

Elektron siqaretin hansı zərərləri var?

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, veyp və ya elektron siqaret istifadə olunduqda, cihazda yerləşən bateriya vasitəsilə e-maye isinir və aerosol( buxar, duman) yaranır. İstifadəçilər  tərkibində müxtəlif kimyəvi maddələr olan aerozolu nəfəs yolu ilə qəbul edirlər.

Elektron siqaretlərin istifadəsi zamanı havaya yayılan buxar yalnız istifadəçilər deyil, ətrafdakı insanlar üçün də zərəlidir. 

İstifadə zamanı cihazda olan mayenin udulması nəticəsində zəhərlənmə ola bilər.

Chosen
12
1
cebheinfo.az

2Sources