EN

Sərhəd bağlandı, bunkerlər tikildi, hazırlıq başladı – Nə baş verir?

Belarusun xarici işlər naziri Maksim Rıjenkov Litvanı siyasi məqsədlərlə sərhədi bağlamaqda ittiham edib. Nazir bildirib ki, Vilnüs bu gərginlikdən istifadə edərək beynəlxalq aləmdə siyasi xal toplamağa çalışır, məqsəd isə Avropa ölkələrinin dəstəyini və rəğbətini qazanmaqdır.

Sərhədin bağlanması regional sabitliyə təsir göstərə bilərmi? Litva bu addımı hansı real təhlükələrə cavab olaraq əsaslandırır? Beynəlxalq ictimaiyyət qarşılıqlı ittihamlara nəzərən neytrallığını qoruyub saxlaya biləcəkmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Ukraynada davam edən müharibə fonunda Rusiya və Avropa arasında siyasi gərginlik artır:

“Bu proses irəlilədikcə hərbi gərginliyin yaranması qaçılmaz perspektivə çevrilir. Avropa dövlətləri artıq buna hazırlaşır. Hətta ən sakit dövlətlərdən biri hesab olunan Finlandiya belə müdafiə imkanlarını genişləndirir, yeraltı bunkerlər tikir və hərbi təlimlər keçirir. Litvanın Belarusla sərhədi bağlaması da məhz bu kontekstdə qiymətləndirilməlidir.

Artıq Şərq və Qərb bloku güclənir. Məlum olduğu kimi, Belarus kollektiv Şərqdə təmsil olunur. Ona görə Litvanın bu addımını siyasiləşdirməsi tamamilə gözləniləndir və sadəcə bir epizoddur. Gələcəkdə oxşar ritorikalar təkrarlanacaq ki, bu da kollektiv Şərq və Qərb arasında gərginliyi artıracaq”.

Chosen
2
1
konkret.az

2Sources