EN

İş adamı müəmmalı şəkildə ÖLDÜ: meyiti buradan tapıldı

Türkiyənin Ədirnə şəhərinin Keşan ilçəsində tək yaşayan iş adamı Uğur Selvi evində ölü tapılıb.

Hadisə yerində aparılan ilkin araşdırmalar zamanı 44 yaşlı iş adamının bədənində zorakılıq, odlu silah və ya kəsici alət izlərinə rast gəlinməyib.

Uğur Selvidən xəbər ala bilməyən dostları onun evinə gəliblər. Açıq qalmış pəncərədən içəri daxil olaraq Uğuru yataq otağında hərəkətsiz vəziyyətdə tapıblar.

Hadisə ilə bağlı araşdırmalar davam edir. /Musavat.com

Chosen
20
4
editor.az

5Sources