EN

Zakir Qaralovun şirkətinin vergi borcu artdı

Keçmiş baş prokuror Zakir Qaralova məxsus “Akkord Korporasiyası” ASC-yə daxil olan müəssisələrdən birində vergi borcu kəskin artıb. AzPost Teleqraf-a istinadla xəbər verir ki, “Akkord–Mingəçevir Maşınqayırma Zavodu”nun vergi borcu 50 min manatı ötüb.

Məlumata görə, bu rəqəm 2020-ci ildə cəmi 20 min manat idi. Şirkətin qanuni təmsilçisi Eyvaz Həsənovdur, müəssisənin nizamnamə kapitalı isə 193 min manat təşkil edir.

Qeyd olunur ki, Zakir Qaralovun nəzarətində olduğu deyilən digər şirkətlərin də xeyli miqdarda vergi borcu yaranıb. Onların sırasında “Qazax Sement Zavodu”, “Akkord General Construction”, “Akkord Asfalt”, “Akkord Hydrotechnical Construction Company”, “Akkord Mənzil Kommunal Təsərrüfatı Birliyi”, “Akkord Mərmər Qranit”, “Akkord Nəqliyyat” və digər müəssisələr yer alır.

Ümumilikdə Qaralova məxsus olduğu bildirilən bu şirkətlərin vergi borcunun məbləği təxminən beş milyon manata yaxın hesab olunur.

AzPost.az

Chosen
43
27
azpost.info

10Sources