EN

İsrail hökumətində qalmaqallı “ölüm cəzası” təşəbbüsü irəli sürülüb

Bakı. Trend:

İsraildə terror və milli zəminli qətllərdə təqsirli bilinmişşəxslərə ölüm cəzasının verilməsini nəzərdə tutan qanun layihəsiilkin oxunuşdan qəbul olunub.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, ölkənin Milli Təhlükəsizlik Naziri İtamar BenQvirin təşəbbüsü ilə irəli sürülmüş qalmaqallı qanun layihəsi ilkinoxunuşda 39 lehinə, 16 əleyhinə səslə qəbul olunub. Qanunlayihəsinin ikinci və üçüncü oxunuşdan əvvəl parlamentin komitəiclasında yaxın zamanda müzakirələrə çıxarılacağı gözlənilir.

Ben Qvir bu tədbirin “terrorçuluğa qarşı ciddi çəkindirici təsiryaradacağını” bildirib və əgər qanun layihəsi səsverməyəçıxarılmasa, partiyasını İsrailin koalisiya hökumətindən çıxaracağıilə hədələyib.Baş nazir Benyamin Netanyahu əvvəllər bu qanunlayihəsinə qarşı çıxaraq, Qəzzada girov saxlanılan israillilərəqarşı mümkün qisas tədbirləri ilə bağlı narahatlıqlarını ifadəetmişdi.

Hazırda İsraildə ölüm cəzası yalnız istisna hallarda – dövlətəxəyanət və nasist rejimi dövründə törədilmiş hərbi cinayətlər kimiəməllərə görə – tətbiq oluna bilər, lakin bu cəza artıqonilliklərdir həyata keçirilmir.İsraildə edam olunan yeganə şəxsHolokostun əsas memarlarından biri sayılan Adolf Eyxmann olub. O,1962-ci ildə İsrail kəşfiyyat agentləri tərəfindən Argentinadatutulduqdan və tarixi məhkəmə prosesi nəticəsində məhkum edildikdənsonra dar ağacından asılmışdı.

Məqalədə:
Chosen
38
az.trend.az

1Sources