İranlı tanınmış aktyor Homayun Ərşadi 78 yaşında vəfat edib.
Bu barədə aktyorun ailəsi məlumat yayıb.
Məlumata görə, Ərşadi xərçəng xəstəliyindən dünyasını dəyişib.
1947-ci ildə İsfahanda anadan olan Homayun Ərşadi “Albalı dadı”, “Beşinci reaksiya”, “Çərpələng uçurtmaçısı” və “Başqa yerdə” kimi məşhur filmlərdə rol alıb.
Onun baş rolunu ifa etdiyi “Albalı dadı” filmi 1997-ci ildə Kann Film Festivalında “Qızıl Palma Budağı” mükafatına layiq görülüb.
Homayun Ərşadi Venesiya Film Festivalında aktyorluq kateqoriyasında “Mavi silsilə” Fondunun mükafatını qazanıb, həmçinin İran və ABŞ-da bir neçə film mükafatına namizəd göstərilib.
O, bir müddət İtaliyada yaşayaraq memarlıq təhsili alıb, 11 ildən sonra İrana qayıdıb.
APA