EN

Duz Muzeyi ləğv edildi Məşhur müalicə mərkəzi də bağlanır? + Yenilənib

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Naxçıvan Duz Muzeyi ləğv edilib.

“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, muzey artıq fəaliyyətini dayandırıb.

Muzeyin ləğv edilmə səbəbi məlum deyil. 

Ləğv barədə qərarın iki ay ərzində icra ediləcəyi bildirilir.

Qeyd edək ki, Naxçıvan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzey 2017-ci ildə yaradılmışdı.

Xatırladaq ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Naxçıvan Duz İstehsalı” MMC-də istehsal və qablaşdırma dayandırılıb.

***

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Naxçıvan xəbərləri”nə verilən məlumata görə, bəzi media resurslarında yayılan “Naxçıvan Duz Muzeyinin ləğvi” ilə bağlı xəbərlərdə Duzdağ Müalicə Mərkəzinə aid fotoşəkillərin istifadə edilməsi ictimaiyyətdə müəyyən yanlış təsəvvür yaradır.

Qeyd edilib ki, Duzdağ Müalicə Mərkəzi Duz Muzeyindən fərqli qurumdur və öz fəaliyyətini tam şəkildə davam etdirir:

“Paylaşılan bəzi fotoşəkillər Mərkəzimizə aid olduğu üçün oxucular tərəfindən fəaliyyətimizi dayandırdığımız kimi anlaşılıb”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
45
qafqazinfo.az

1Sources