EN

Fernando Soares: Proqramın əsas məqsədi yerli jurnalistlərin peşəkar bilik və bacarıqlarını artırmaqdır VİDEO

Bakı, 11 noyabr, AZƏRTAC

Bu gün burada olmaq və Medianın İnkişafı Agentliyi ilə birgə həyata keçirilən "Euronews Academy"nin təlim proqramının ikinci mərhələsinin açılışında iştirak etməkdən böyük məmnunluq duyuram. Bu layihə bizim fəaliyyətimizin mühüm hissəsidir. Biz təkcə Azərbaycanın mədəniyyətini, turizmini və biznes potensialını dünyaya tanıtmaqla kifayətlənmirik, həm də ölkədə media sahəsinin inkişafına dəstək veririk. Bu gün başladığımız proqram da məhz həmin məqsədə xidmət edir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Euronews”un Bakı üzrə icraçı direktoru Fernando Soares deyib.

"Bu mərhələnin mövzusu televiziya jurnalistikasıdır. Təlim çərçivəsində xəbər istehsalı, televiziya buraxılışlarının hazırlanması, canlı yayımların təşkili və beynəlxalq media standartları barədə praktiki biliklər təqdim olunacaq. Dərsləri Euronews-un təcrübəli jurnalisti, Astana bürosunun rəhbəri Boyan Brkiç aparır. Proqramın əsas məqsədi yerli jurnalistlərin peşəkar bilik və bacarıqlarını artırmaq, onların beynəlxalq standartlara uyğun işləməsinə dəstək göstərmək və Azərbaycan mediasının inkişafına töhfə verməkdir", - deyə F. Soares bildirib.

Chosen
3
2
azertag.az

4Sources