EN

“Apple” internetsiz inqilaba hazırlaşır

“Apple” peyk bağlantısı imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır. Artıq Wi-Fi və ya mobil məlumat olmadan məkan bilgiləri əldə etmək mümkün olacaq.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, “Apple” istifadəçiləri üçün internetə çıxış olmayan ərazilərdə belə yer məlumatı ötürə biləcək yeni peyk dəstəkli sistemlər hazırlanır.

Qeyd olunur ki, bu yenilik “iPhone 14” və sonrakı modellərdə mövcud olacaq.

Chosen
79
publika.az

1Sources