EN

KİV: Qəzza İsrail və HAMAS arasında bölünə bilər

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qəzzanın iki hissəyə-biri HAMAS, digəri isə İsrail tərəfindən idarə olunan bölgələrə bölünməsi ehtimalı artır.

APA xəbər verir ki, bu barədə “Reuters”ə adı açıqlanmayan bir sıra mənbələr məlumat verib.

Mənbələr bu ehtimalın artmasını ABŞ prezidenti Donald Tramp tərəfindən təklif edilən sülh planının icrası ilə bağlı səylərin zəifləməsi ilə əlaqələndirib.

“Reuters”ə danışan 6 avropalı diplomatik mənbə Trampın sülh planının atəşkəsdən sonrakı mərhələsinin icrasının faktiki olaraq dayandırıldığını bildirib. Qəzzada yenidənqurma işlərinin İsrail tərəfindən idarə olunacaq hissə daxilində məhdudlaşacağını iddia edilib.

Qeyd edək ki, İsrail və HAMAS arasında atəşkəs Trampın sülh planı çərçivəsində oktyabrın 10-da qüvvəyə minib.

Planın əsir və girovların mübadiləsindən sonrakı mərhələsinin icarı-HAMAS-ın silahsızlaşdırılması və Qəzzanın demilitarizasiyası isə hələ də baş verməyib.

İsrailin Baş naziri Benyamin Netanyahu sözügedən proseslərin ya xoşluqla, ya da güc yolu ilə baş verəcəyi barədə xəbərdarlıq edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
5
apa.az

10Sources