EN

Sərxoş sürücü saxlanıldı

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən profilaktik tədbirlər zamanı sərxoş vəziyyətdə mikroavtobus idarə edən M.Əmirov saxlanılıb.

XəzərNews.az Unikal.az-a istinadən xəbər verir ki, araşdırmalar zamanı onun nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq kateqoriyasının olmadığı da müəyyən edilib.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M.Əmirov 30 sutka inzibati qaydada həbs edilib.


Xəbər 5 dəfə oxunub.
Chosen
21
20
xezernews.az

10Sources