EN

ABŞ-dən xəbərdarlıq: "Müttəfiqlərimizin Rusiya və İrandan neft-qaz almasına icazə verməyəcəyik"

ABŞ-nin daxili işlər naziri Duq Burqum bildirib ki, Vaşinqtonun müttəfiqləri Rusiyadan enerji resursları almamalıdırlar.

Sitat.info xəbər verir nazir bu barədə "Fox News"a verdiyi müsahibədə danışıb.

Onun sözlərinə görə, Ağ Ev bu məsələni tərəfdaşları ilə danışıqlarda müntəzəm olaraq qaldırır.

Burqum, həmçinin ABŞ-nin Suriya ilə enerji əməkdaşlığı planlarından da bəhs edib. O bildirib ki, ölkənin zəngin ehtiyatları, o cümlədən birgə işlənə biləcək neft və qaz yataqları var.

Chosen
39
1
sitat.info

2Sources