EN

“İnan ki, Fazil Mustafa sənə “kompliment” deyib...” – Deputatdan Cəmil Həsənliyə sillə kimi cavab!

Demək, dünən təsadüfən qarşıma çıxdı. Cəmil Həsənli adında buqələmun "Azadlıq” qəzetinin feysbuk səhifəsi üçün lap yekə, palaz boyda müəllif yazısı yazıb və yazını axıra qədər oxuyandan sonra da məlum olur ki, adamın "mustafası” demə bəs, sadəcə bir məqam imiş: Fazil bəyin (oktyabrda yazdığı məqalədə) Həsənli barədə səsləndirdiyi "siyasi dələduz” kəlməsinə cavab. Vəssalam. Başqa heç nə.

Və bu cavabı vermək üçün "Milli Şura”nın nimdaş sədri söhbəti uzada - uzada gedib. Üstəlik, o qədər uzadıb ki, axırda nə ilə bağlı yazdığını, yazmalı olduğunu özü belə güclə xatırlayıb. 

***

Dünən Fazil Mustafa Cəmil Həsənlinin "ağzının payını” verdi. 

Amma istəyirəm, mən də çox qısa bir şeylər deyim və cəmi 3 epizod üzərindən bu minsifətin əsl simasını cəmiyyətə təqdim edim;

 

1) 2005 - ci il Parlament seçkilərində qalib olan Cəmil Həsənli – o zaman prosesə birgə qatıldığı müxalifət blokunun ümumi qərarına tabe olmadığı və mandatdan imtina etmədiyi üçün Partiya sıralarından da, müavinlikdən də dərhal qovuldu.

Həmin seçkilərdən təxminən 1 həftə sonra AXCP sədri "Azadlıq” qəzetinə verdiyi müsahibədə belə bir fikir səsləndirmişdi: "Müxalifətin namizədlər siyahısından (öz radikallarını nəzərdə tuturdu) kim Parlamentin işində iştirak etsə, o, xəyanətkardır, nankordur və SİYASİ DƏLƏDUZDUR...

Amma, nə qəribədir ki, məsələnin üzərindən çox az müddət keçəndən, yəni, Həsənli Parlamentə növbəti dəfə seçilməyəndən sonra....Kərimli də unutdu dediyi sözləri, Cəmil də xatırlamadı 5 il əvvəl "yediyi” kəlmələri. 

Və beləcə...İki üzsüz, mənəviyyatsız yenidən barışdı, bir - birinə sarmaşdı və sanki heç nə olmamış kimi davrandı. 

2) Fərhad Əliyev həbs olunarkən Cəmil Həsənli tələm - tələsik müdafiə komitəsi yaratdı, "əsas missiyanı” öz üzərinə götürdü və başladı əlindəki pul kisələri ilə qəzet redaksiyalarını gəzməyə. 

Ən sonda isə məlum oldu ki, bu dələduz, ona verilən pulların sadəcə 3-də 1-ini "lazımi” media qurumlarına çatdırıb və yerdə qalan pullarla, yəni üzərindən çırpışdırdığı paralarla 1 ay ərzində (!) özünə 2 şirkət açıb, oğluna 130 min dollarlıq avtomobil alıb. 

3) Cəmil Həsənli bir dəfə media üzərindən pafos dolu açıqlama yaymışdı: "İlham Əliyevin vaxtilə mənə verdiyi medaldan imtina edirəm”

Onda bu saxtakara cavab yazdım ki, "Medalı kənara qoy e...Cəsarətin varsa, deputat olduğun zaman Prezidentin sənə verdiyi evdən imtina elə.”

Amma səsi çıxmadı...

Hər zaman, hər yazımızdan sonra bizlərə az qala "əsər” həsr edən adamın niyəsə... bu dəfə qımı belə qımıldamadı. 

***

Odur ki, ay Cəmil!

Qoy elə mən də sözümün "canı”na, qayəsinə, "mustafa”sına gəlim: Fazil müəllim səni "siyasi dələduz” adlandırmaqla inan ki, hələ az deyib. Hətta "kompliment” deyib.

Çünki, Cəmil Həsənli "dələduz”un yüz yox, min yox, məhz milyon qatıdır! 

Çünki, Cəmil Həsənli – yaramazlığın, əxlaqsızlığın, nankorluğun bütün zirvələrini fəth etmiş biridir. 

Çünki, Cəmil Həsənli – yaşlandıqca daha da müdrikləşmək əvəzinə, tam əksi: daha da mütrifləşən adamdır!

Və nəhayət;

Çünki, Cəmil Həsənli – millət adına da, vətəndaş adına da, siyasət adına da, kişilik adına da qara bir ləkədir! 

Qapqara ləkə!

P.S. Bəs elədi? Yoxsa davamı gəlsin?!

 

Elşən Musayev, 

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Chosen
6
1
ulusum.az

2Sources