Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini Arşak Karapetyan axtarışa verilib.
KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.
Ermənistan İstintaq Komitəsi bildirir ki, Arşak Karapetyan 2021-ci ilin mayında Qaragöl istiqamətində Azərbaycan Ordusunun irəliləməsi zamanı səlahiyyətlərini aşaraq əsgərlərə döyüş mövqelərini tərk etmələri barədə şifahi əmr verib.
Onun barəsində hakimiyyətdən sui-istifadə maddəsi ilə ictimai cinayət təqibi başlanıb.