EN

Britaniyada şəhər mərkəzlərində qanunsuz fəaliyyətlərə qarşı əməliyyatda 900 dən çox şəxs saxlanılıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

London, 11 noyabr, AZƏRTAC

Böyük Britaniyada Milli Cinayət Agentliyi (NCA) tərəfindən şəhər mərkəzlərimdə aparılan genişmiqyaslı əməliyyat zamanı 900-dən çox şəxs saxlanılıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, əməliyyatlar əsasən mini-marketlər, “vape” mağazaları, bərbərxanalar və “takeaway” restoranlarını hədəf alıb.

Rəsmilərin məlumatına görə, əməliyyat nəticəsində 920-dən çox şəxs saxlanılıb, həmçinin 340-dan çox qanunsuz işləmə və icarə ilə bağlı bildiriş verilib. Bu qayda pozuntularına görə bəzi müəssisə və ev sahibləri on minlərlə funt sterlinq məbləğində cərimə oluna bilər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
azertag.az

1Sources